Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında ” Yeni il” tədbiri keçirilmişdir.
ARANTV.AZ xəbər verir ki,bağçanın müdiri Leyla Məmmədova çıxış edərək bildirmişdir ki:” Yeni bir ilə girərkən sevgi və barış diləyirəm. Körpələrimiz üzülməsin. Döyüşlərin, ağrıların və fəlakətlərin, keçib gedən bir il kimi geridə qalmasını ümid edirəm.
2023- cü ilin ən səmimi təbəssümlərə səbəb olmasını, sevinc, sağlamlıq və xoşbəxtliyimizin əskik olmamasını , xoş hadisələrlə dolu olmasını, həyatımıza yalnız sevincli yeniliklər gətirməsini arzu edirəm!”








