KiABSURD… BU DƏFƏ KONQRESMENDƏN
Absurd sözü hansı dildən leksikonumuza necə daxil olub, bunun fərqinə varıb, oxucunu yormaq istəmirəm. Təkcə ona aydınlıq gətirmək istəyirəm ki, mənası məntiqsizlikdir. Əbəttə, “Armenia today”in saytında tezbazar paylaşılan bir informasiya ilə tanışlıqdan sonra yalnız məntiqsizlik, yəni, absurd ifadəsi yada düşür.
Əslində bir yazı-pozu adamı olaraq o boyda ölkənin ciddi qurumunun sözçüsünün ağzından çıxanı və ya sosial şəbəkədə paylaşdığını kölgə altına salmaq istəməzdim, həm də biganə qalmağı bacarmıram. Ancaq dünyaya bu boyda yalan da satmaq olmaz axı! ABŞ konqresmeni Frenk Pallone erməniləri sevindirir ki, gələn il amerikalıların boğazından kəsib Ermənistanın iqtisadi inkişafı üçün 60 milyon dollar ayıracaq. Özləri bilər, istəyirlər bütün Amerika büdcəsini versinlər tənbəl, işləməkdən çox ara qarışdırmağı xoşlayan ermənilərə. Ancaq Azərbaycanın Qarabağ bölgəsində yaşayan bu “yazıq millət”in nümayəndələrinə, özü də nəyə, niyə, nədən ötəri, – ərazilərin minalardan təmizlənməsi məqsədilə 2 milyon dollar ayırmaq gülməlidir! Həm də xəbərin ermənicə variantında, əlbəttə ki, bölgənin adı “arsax” kimi işlənir.
İnanmıram, daha doğrusu, inanmaq istəmirəm ki, konqresmen xəritəni bilməsin və ya coğrafi əraziləri ayırd etməkdə çətinlik çəksin. Frenk Pallone anlamamış deyil ki, daşnaklar Amerika da daxil bütün dünya qanunlarına tüpürərək 30 il işğalda saxladıqları ərazilərdən geri çəkilərkən Rusiyadan, İrandan aldıqları və özlərinin istehsal etdikləri minalarla torpaqlarımızı təhlükə mənbəyinə çevirmişlər. O boyda dövlətin konqresmeni bilməmiş olmaz ki, baş nazir Paşinyanın stolun altında imzaladığı sülh vəd edən sazişdən sonra yalvara-yalvara vaxt udan Ermənistan tərəfindən istehsal olunmuş minalara 223 nəfər Azərbaycan vətəndaşı düşüb, onlardan 39 nəfəri həyatını itirib, 184 nəfəri isə yaralanıb. Azərbaycanın işqaldan azad olunmuş ərazilərinə hələ də bu yurdların sakinləri buraxılmır. Mütəxəssislərin rəylərinə görə, basdırılan minaların təmizlənməsi xeyli vəsait tələb edir və buna onilliklər lazımdır. Belə olduğu halda Azərbaycan Respublikasının başı üzərindən 2 milyon dollar hansı məqsədlərə ayrılır?
Əgər erməni xəbər agentlikləri Amerika konqresmeninin paylaşımını öz ampulalarında şərh ediblərsə, burada qəribə bir şey yoxdur, dünya ictimaiyyəti buna öyrəncəlidir. Qoy söz sahibi sözünün başına ip salanları öz bildiyi kimi başa salsın. Ermənilər onsuz da hərədən bir söz eşidib qulaqardına vurmağa öyrəncəlidirlər, təki dilənçitək açdıqları ovuclarına qəpik-quruş atılsın.
Mənfur qonşuların qorxaqlığına yaxşı bələd olduğumdan, mənə elə gəlir ki, erməni xəbərçiləri bu boyda qələtin altına girməzlər ki, öz ağalarının dediyini qəribçiliyə salsınlar. Az-çox dünyada cərəyan edən siyasi oyunlarla maraqlandığımdan qəribə bir şübhə fikirlərimi üstələyir ki, konqresmendir də, ağzına gələni öz “Tviter” səhifəsində paylaşır, nə utanacaq üzü var, nə də çəkiləsi yeri! Çünki erməni havadarları ağız-ağıza verəndə abır-həya, vicdan unudulur. Onlara qulaq lazımdır ki, vaxtı gəldikcə bura bilsinlər, onlara boyun lazımdır ki, xaltalarını keçirsinlər və hərdən yallarını qabaqlarına atsınlar. Xəritə, bölgə haqqında məlumat nələrinə lazım, nə bilsinlər Qarabağ, Xankəndi haradadır və bu adların mənası nədir? Bilmirlər ki, Vardanyan niyə Rusiya vətəndaşlığından imtina edərək Azərbaycan ərazisinə köçüb. Bu əli silahlı quldur dəstəsi nə istəyir, niyə sadə ermənilərə asudə qərar çıxarmağa imkan vermirlər? Bilmirlərsə, yazıq onlara, bilib, bu mətiqsiz oyunlara havadarlıq edirlərsə yazıqlıq da deyillər.
Məncə, burada absurd olmayan bir şey var – havadarları Ermənistanı rahat nəfəs almağa qoymayacaqlar!
Mahir Cavadlı

