YAP Bərdə rayon təşkilatında fəal gənclərin bir qrupu ilə görüş keçirilmişdir.
Yeni il ərəfəsində YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərdən bir qrupunu qəbul etmişdir. Görüş zamanı Fəqət Şadlinskaya gəncləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik etmiş, bildirmişdir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, gənclər gələcəyimizdir. Hər bir dövləti tərəqqiyə aparan ən böyük amil gənclərin saf və sağlam, vətənpərvərlik ruhunda böyüməsi, bilikli, savadlı, qabiliyyəti olması, mükəmməl təhsil və tərbiyə almasıdır. Bugün ölkə gəncləri möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük Zəfərlərə, Qələbələrə imza atır. Biz fəallığı ilə seçilən gənclərimizlə fəxr edirik və əminik ki, dövlətimizin və xalqımızın gələcəyi sizin kimi gənclərin hesabına daha parlaq olacaqdır.
Gənclər adından çıxış edən YAP fəalı Orxan İbrahimov bildirmişdir ki, hər zaman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyevin uğurlu siyasətini dəstəkləyirik və əlimizdən gələni etməyə hazırıq!
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və sədr müavini Elməddin Əsgərxanov gənclərə və məktəbli, “Əziz Şuşa, sən azadsan!” adlı respublika üzrə inşa yazı müsabiqəsinin qalibi, şəhər 3 saylı tam orta məktəbin şagirdi Könül Əkbərovaya təşkilatın qiymətli hədiyyələrini təqdim etmişlər.
Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.







