İdman 

FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirildi – FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

ARANTV.AZ xəbər verir ki, tədbirdə komandaları idman tədbirlərində fəal iştirak etmiş və mükafat qazanmış FHN-in struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.

Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 2022-ci ildə Nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in İdman-sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov klubun işini yüksək qiymətləndirib, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.

Sonda 2022-ci ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr göstərmiş FHN-in qurumları İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, Nazirliyin müvafiq struktur bölmələrinə qazanılan yüksək nəticələrə görə xatirə hədiyyəsi təqdim edilib.

Bundan əlavə, tədbirdə media nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlığa və xidmətlərə görə təltif olunublar.

 

Daha çox xəbərlər