İdman 

Pele vəfat etdi

Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.

Onun uzun müddət bağırsaq xərçəngindən müalicə olunduğu bildirilmişdi.

Son həftələrdə koronavirusa yoluxan futbolçunun səhhəti daha da ağırlaşmışdı.

Peşəkar karyerası ərzində Pele 1363 matçda 1281 qol vurub, o cümlədən “Santos”un heyətində 1116 oyunda 1091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur.

Mənbə: TASS

Daha çox xəbərlər