Region Xəbərləri 

31 dekabr dünyanın 70 dən çox ölkəsində yaşayan 50 milyonluq bir xalqı bir amal uğrunda birləşdirdi

«AranMedia» GROUP-un rəhbərliyi və kollektivi adından xalqımızı həmrəylik günü münasibətilə təbrik edirik

 Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük təntənə vəcoşqu hissi ilə qeyd edirlər. İlk dəfə Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təqvimdə bayram günü kimi yer alan bu gün ildən-ilə daha təntənəli formadaqeyd olunur. Azərbaycanı özünə tarixi vətən bilən hər bir şəxs qürurla dalğalanan üçrəngli bayrağımızın ətrafındadaha sıx birləşir, həmrəylik ideyaları aşılayan bu günə böyük önəm verirlər.Dünya azərbaycanlılarının milli, ideoloji məfkurəsini yaşatmaq və inkişaf etdirmək naminə millətin təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan dahi şəxsiyyət Heydər Əliyev uzaqgörən siyasəti ilə  hamını bu müqəddəs amal ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Təsadüfi deyil ki,Ümummilli Liderimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiləsoydaşlarımıza müraciətlərindən birində deyirdi: Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır”.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində bu günün tarixi əhəmiyyətinə böyük önəm verməklə xalqımızın daha uca amallar uğrunda birləşməsi naminə təkrarolunmaz nailiyyətlərə imzalar atdı. Məhz onun yürütdüyü düzgün, davamlı, qətiyyətli dövlət siyasəti sayəsində istər daxildə, istərsə də xaricdə heç zaman olmayan milli birliyə nail olundu. 44 günlük Vətən Müharibəsi dövründə hamını müqəddəs bir amal ətrafında birləşdirən müzəffər Ali Baş Komandan İlham Əliyev bütün dünyaya həmrəylikideyalarının tarixi əhəmiyyətini bariz şəkildə nümayiş etdirdi. Məhz İlham Əliyevin yürütdüyü praqmatik siyasətin məntiqi nəticəsi idi ki, Vətən Müharibəsi günləri xarici ölkələrdə yaşayan azərbaycanlılar, çoxsaylı diasporlar dəstək şüarları adı altında yaşadıqları ölkələrdə nümayişlər keçirir, bununla da dövlətimizə və xalqımıza öz həmrəyliklərini çatdırırdılar.Amerika Birləşmiş Ştatları,Fransa,Türkiyə, Rusiya və digər  xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı bütün imkanları ilə bu tarixi qələbənin əldə olunmasında öz töhfələrini vermiş oldu.

«AranMedia»GROUP da öz növbəsində 4praqmatik Zəfər Müharibəsi dövründəmilli maraqlarımızın daha yüksək səviyyədə təbliğ olunması, cəmiyyətə aktual və obyektiv informasiyaların çatdırılması istiqamətində, sözün əsl mənasında milli səfərbərlik nümayiş etdirib,informasiya ehtiyaclarınınödənməsində,ümumi ictimai fikrinvəmilli mənlikşüurunun formalaşmasında, vətənpərvərlik duyğularının təbliğindəolduqca böyük rol oynayıb. Əməkdaşlarımız ciddi iş rejimində çalışıb,döyüş bölgələrindən gətirilən yaralı və şəhidlərlə bağlı metamadi çəkilişlər aparıb, hüzr mərasimlərində iştirak ediblər. Şəhidlərimizin keçdikləri döyüş yollarından, onların misilsiz qəhrəmanlıqlarından bəhs edən məqalələr dərc edilib, baş verənlərlə bağlı ictimaiyyət dolğun şəkildə məlumatlandırılıb.Bununla daBərdə şəhəri ərazisindəbaş verənlərlə bağlı lazımi arxivin ərsəyə gətirilməsinə müstəsna köməklik göstəriblər.Məhz sadaladığımız səmərəli fəailiyyətin nəticəsidir ki,onlayn televiziyamızın  əməkdaşları ayrı-ayrı ictimai təşkilatlar, idarə və müəssisələr tərəfindən diplomlarla, fəxri fərmanlarla təltif olunublar. Vətənin belə çətin anlarında istənilən bir şəxsin, yaxud da hansısa qurum əməkdaşlarının kollektiv şəkildə ortaya qoyduqları iradə heç zaman unudulmur və bu şəkildə qiymətləndirilir.

Ayrı-ayrı dövrlərdə paytaxtda və regionlarda fiziki imkanları məhdud xüsusi istedadlı uşaqlara dəstək məqsədilə ziyarətlər təşkil olunub,onlara hədiyyələr təqdim edilib, onların geniş ictimaiyyətə təqdim olunması istiqamətində müxtəlif səpkili informasiyalar dərc edilib. Ümumiyyətlə, şəhid ailələrinin ziyarət edilməsi, onlara müxtəlif formalarda dəstək göstərilməsiəsas hədəfləərimizdən biri olub. Zəfərimizintarixi əhəmiyyətinin daha qlobal səviyyədə təbliğ edilməsi məqsədilə müntəzəm olaraq siyasi-analitik məqalələr hazırlanıb, ictimaiyyətə təqdim olunub. Gənclər üçün karyera və məşğulluqla bağlı təlimlər təşkil olunub. Bu həm televeriliş formatında, həm də məqalə formatında yayımlanıb.

Tam məsuliyyətlə və inamla qeyd etmək olar ki,son illər daha da möhkəm dostluq və qardaşlıq xarakteri alan Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə çatmasında səmərəli fəaliyyət sərgiləmişik. Belə ki, hər iki dövlətin bütün sahələrdə inkişaf tempini, qardaşlıq münasibətlərini əks etdirən məlumatlar mütamadi olaraq ictimaiyyətin diqqətinə çatdırılılmaqla, bu əlaqələrin ən yüksək mərhələdə təmin olunması məqsədilə vaxtaşırı siyasi ekspertlərin rəylərinə müraciət olunub. Bütün bu qeyd etdiyimiz məqamlar ötən il ərzində Azərbaycan cəmiyyəti üçün də bir hesabat kimi xarakterizə edilə bilər.

Sonda «AranMedia» GROUPolaraq bütünkollektivimiz  adındanxalqımızı Dünya Aərbaycanlılarının Həmrəylik Günü və Yeni ilbayramı münasibətilə təbrik edir, millətimizin hər bir fərdinə gələcək işlərindənailiyyətlər arzu edirik. Böyük ümidlərlə inanırıq ki, möhtərəm Prezidentimz İlham Əliyevin apardığı uğurlu və davamlı dövlət siyasəti sayəsində xalqımızdaha sıx birlik nümayiş etdirərək böyük zəfərlərə imza atacaqdır.

 

Şeyda Əzizova

«AranMedia»GROUP-un direktoru

Daha çox xəbərlər