Cəmiyyət 

Son yeddi ildə Bakıya neçə qatar gətirilib? – RƏSMİ

2015-2022-ci illərdə Bakı metropoliteninə ümumilikdə 23 qatar gətirilib.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Yeddi il ərzində ölkəyə gətirilən vaqonların sayı 115-ə çatdırılıb.

Müvafiq olaraq 2015-ci ildə 15 vaqon (üç qatar), 2018-ci ildə 10 vaqon (iki qatar), 2019-cu ildə 30 vaqon (altı qatar), 2020-ci ildə 20 vaqon (dörd qatar), 2021-ci ildə 20 vaqon (dörd qatar), 2022-ci ildə 20 vaqon (dörd qatar) gətirilib.

Daha çox xəbərlər