YAP Bərdə rayon təşkilatı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə şəhid ailələrində olmuşlar.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın kollektivi və YAP fəalı Məhərrəm Şəfiyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Vətən müharibəsinin qəhrəman şəhidi, ön cəbhədə qəhrəmancasına döyuşərək canını Vətən uğrunda qurban vermiş İsmayılzadə Şövqi Raqub oğlunun ailəsində olmuşlar. Azərbaycan Ordusunun giziri olmuş İsmayılzadə Şövqi Raqub oğlu ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə”medalları və bugünlərdə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya şəhid ailəsində olarkən bildirmişdir ki, bütün bayramlarımızı, hər günümüzü, hər anımızı başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə və Zəfərimizi təmin edən xalq iqtidar ordu birliyinin sarsilmazligina borcluyuq! Qələbənin qazanılmasında haqqınızı ödəməkdə acizik və hər zaman sizə borcluyuq! Xalqımız sizinlə ağlayır, sizinlə birlikdə sevinmək istəyir. Arzumuz budur ki, xalqımızın birlik bayramı daim sizin Zəfər sevincinizə bələnsin, əziz şəhid ailələri!
Görüş zamanı şəhid Şövqi İsmayılzadənin anası Hicran xanım, atası 1993- cü ildən YAP üzvü Raqub əmi böyük Zəfərin xalq iqtidar ordu birliyi nəticəsində qazanıldığından danışmış, torpaqlarımızı işğaldan azad edib xalqımıza Zəfər sevinci yaşadan qalıb dövlətin qalıb rəhbəri cənab İlham Əliyevə, daim şəhid ailələrinə diqqət və qayğı göstərən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.






