Bu mayonezlər sağlamlıq üçün zərərlidir
Mayonez sağlamlığımız üçün zərərli məhsul sayılır, lakin bu inanclar rəvayətdən başqa bir şey deyil.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalına müsahibəsində diyetoloq-endokrinoloq Tatyana Filippova deyib.
“Mayonezin zərəri barədə məlumatlar çox şişirdilib, məhsulun əsas zərəri onun yüksək kalorili olması və yağ nisbətinin yüksək olmasındadır. Zərərlilik baxımından ikinci yeri qatılaşdırıcılar, stabilizatorlar, qida əlavələri və boyalar əlavə olunmuş hazır souslar tutur. Tez-tez istifadəsi həqiqətən sağlamlığa mənfi təsir göstərir.
Odur ki, təbii maddələrdən hazırlanmış və qısa saxlama müddəti ilə mayonezlər almağı tövsiyə edirəm. Əgər salata əlavə etsəniz, o, yağda həll olunan qida maddələrinin udulmasına kömək edəcək, həmçinin tərkibindəki E və F vitaminləri dərinizi, saçınızı və dırnaqlarınızı qidalandıracaq”, – diyetoloq qeyd edib.

