Millət vəkili: “Regionlardan ayaqyalın gəlib dövlətçiliyimizi qorudular” – VİDEO
“Həmrəyliyi ilk dəfə 1995-ci ildə Azərbaycanın dövlətçiliyi təhdid olunanda, 15-17 mart hadisələrində gördük. Azərbaycan xalqının nümayəndələri böyük dövlət xadimi Heydər Əliyevin dövlətimizi qorumaq üçün etdiyi çağırışa gecəyarısı, saat 3-də Bakının bütün qəsəbələrindən, Azərbaycanın bütün regionlarından ayaqyalın gəlib, dövlətçiliyimizi qorudular. Azərbaycan xalqının siyasi qədərinin döyüş anı bu idi”.
Bu sözləri Baku TV-nin “Baku Analitik” verilişində millət vəkili Hikmət Məmmədov deyib.
“İlk növbədə dövlətçiliyimizi qorumalı idik ki, Polad Həşimov kimi generallar yetişdirib, təxribatlara cavab verə bilək”, – deyə millət vəkili əlavə edib.
Ətraflı süjetdə:

