Daha bir şəhid anası vəfat etdi

Daha bir şəhid anası vəfat etdi

Aprel döyüşlərində şəhid olan Sərvan Mehrəliyevın anası vəfat edib. 

ARANTV.AZ xəbər verir ki, bu haqda şəhid qardaşı Elyar İslamoğlu məlumat yayıb. O qeyd edib ki, şəhidin anası Xatirə xanım dünən dünyasını dəyişib. O, Ağdamda, oğlunun yanında dəfn olunub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Sərvan Mehralıyev 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.