Polad Həşimov əsgərindən zabitinə qədər hamı tərəfindən tanınır və sevilirdi
Polad Həşimov haqqında danışmaq həm çətin, həm də şərəflidir. O, əsgərindən zabitinə qədər hamı tərəfindən tanınır və sevilirdi. Hətta tanımayanlar belə Polad Həşimov haqqında həmişə fəxrlə danışırlar.
ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında istefada olan mayor Bəxtiyar Abdullayev söyləyib.

“Polad Həşimovla birlikdə xidmət etmişəm. Yüksək rütbəli olsa da, heç vaxt özünü rütbəsinə görə önə çəkməzdi. O, rütbəyə görə deyil, Vətən üçün xidmət edirdi. Onun bir arzusu var idi: torpaqlarımız işğaldan azad edilsin. O, öz şəhidliyi ilə bu işğala son qoydu. Polad Həşimov şəhidliyi ilə bizə Qarabağı qaytardı”, – deyə B.Abdullayev vurğulayıb.

