Hadisə 

Şəkidə mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var – YENİLƏNİB + FOTO

Şəkidə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Giriş avtomobil yolunun 12-ci kilometrliyində, şəhərin Daşqaya adlanan ərazisində baş verib.

1996-cı il təvəllüdlü Qusar rayonu Kuzunqışlaq kəndində yaşayan Nurlan Fariz oğlu Tayıbovun idarə etdiyi “Toyota Prius” markalı 77-FK-584 dövlət qeydiyyat nişanlı avtomobillə 1968-ci il təvəllüdlü, Şəki rayonu Aydınbulaq kəndində yaşayan Nəcəfov Azad Əsgər oğlu Nəcəfovun idarə etdiyi “Mercedes 609 D” mikroavtobus markalı 55-BR-379 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub.

Qəzadan sonra mikroavtobus yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı xəsarət alan 6 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Yaralılardan iki nəfəri – rayonun Əlyar kənd sakini 1969-cu il təvəllüdlü Şəki rayonu Əliyar kənd sakini Zəminə Ziyad qızı Məmmədova və Aydınbulaq kənd sakini Nüvər Aydın qızı Möhsümova nəzarət üçün xəstəxanada saxlanılıb.

Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

15:18

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı mikroavtobus öncə “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər