Gündəm 

Azərbaycan alabalıq idxalını kəskin artırıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 3,1 milyon ABŞ dolları dəyərində 943,98 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) alıb.

ARANTV.AZ-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 55,3 %, kəmiyyət olaraq – 53 % çoxdur.

Hesabat dövründə İrandan 2,719 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 76 % artıb) 876 ton (+70 %), Türkiyədən 243,62 min ABŞ dolları dəyərində (-27 %) 61,95 ton (-35 %), Belarusdan 91,11 min ABŞ dolları dəyərində (+41,3 %) 5,41 ton (+36,3 %), Ukraynadan 8,14 min ABŞ dolları dəyərində (-61 %) 0,28 ton (-71 %), Polşadan 7 min ABŞ dolları dəyərində 0,3 ton məhsul (ilk dəfə tədarük olub) gətirilib.

Daha çox xəbərlər