Dünya 

Somalidə deputatın ofisi yaxınlığında partlayışlar baş verib: Ölənlər arasında məmurlar da var – FOTO

Somalinin mərkəzində yerləşən Mahas şəhərində federal parlament deputatının ofisinin qarşısında iki minalanmış avtomobil partladılıb.

Nəticədə ən azı 15 nəfər həlak olub. Ölənlər arasında məmurlar da var.

Hadisənin terrorçu-kamikadzelər tərəfindən törədildiyi ehtimal olunur. Hakimiyyət partlayışlara görə məsuliyyəti “Əş-Şəbab” qruplaşmasının üzərinə qoyub.

 

Mənbə: “Somali Guardian”

Daha çox xəbərlər