Cəmiyyət 

Daşkəsən magistral data kanalındakı qəza aradan qaldırılıb, internetin verilişi bərpa edilib – YENİLƏNİB

Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza aradan qaldırılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hazırda rayon ərazisində internetin verilməsində yaranmış problem həll olunub.

16:54

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

“Report”un məlumatına görə, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və imeyllərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.

Daha çox xəbərlər