Cəmiyyət 

Əsgər və zabitlərin bayram sevinci

Bayram günlərində Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Lerik Rayon Gənclər və İdman İdarəsinin, Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissənin sərhəd komendantlığında, zastavalarda əsgər və zabitlərlə görüş keçirilib.

Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin məqsədinin Vətənin xidmətində duranlara xoş ovqat bəxş etmək, onların mənəvi-psixoloji durumunu yüksəltmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olduğunu söyləyiblər.

Görüş zamanı xidmətdə fərqlənən bir qrup sərhədçiyə rayon gənclər və idman idarəsinin diplomları, rayon mədəniyyət mərkəzinin bayram sovqatları təqdim olunub.

Tədbir Lerik rayon Mədəniyyət Mərkəzinin incəsənət nümayəndələrinin konsert proqramı ilə başa çatıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər