Cəmiyyət 

Ekoloji qanun pozuntuları ilə bağlı 600 milyon manatdan çox iddia qaldırılıb

“Ötən il ərzində ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1 024 akt, 2 112 protokol tərtib olunub”.

 

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb:

 

“4 milyon 662 min manat vəsaitin Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülməsi təmin edilib. 680 müddətli göstəriş verilib”.

Daha çox xəbərlər