İstanbulda ağır qəza: Tramvayların hərəkəti dayandırıldı – VİDEO
Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağır qəza baş verib.
Tramvay minik avtomobili ilə toqquşub. Nəticədə sürücü avtomobilin içərisində ilişib qalıb. Yanğınsöndürənlər tərəfindən xilas edilən sürücü xəstəxanaya çatdırılıb.
Zeytinburnu-Topkapı istiqamətində tramvayların hərəkəti dayandırılıb.
Mənbə: İHA

