Şəmkirdə qadın dərmandan zəhərlənib

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayonun Dələrcəyir kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Aynurə Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə A.Cəfərova dərman içərək zəhərlənib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.