Region Xəbərləri 

Sovet hökumətinin gözü qarşısında baş vermiş cinayətlər

Prezident İlham Əliyev dekabrın 24-də
Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə
görüşdə qədim Azərbaycan torpaqlarından
soydaşlarımızın deportasiyasını geniş və
məntiqi ardıcıllıqla təhlil etmişdir. Prezident bu
prosesin Ümummilli Lider Heydər Əliyevin
1987-ci ilin noyabrında sovet rəhbərliyindən
uzaqlaşmasından sonra başladığını bildirib.
Həmin hadisədən iki həftə sonra erməni
millətçiləri səslərini qaldırdılar və ovaxtkı
Ermənistanda xalqımıza qarşı növbəti cinayət
başlandı. Moskvanın nəinki susqun qaldığı,
hətta dəstək verdiyi deportasiya nəticəsində
azərbaycanlılar tarixi torpaqları olan Zəngəzur,
Göyçə, İrəvan vilayətlərindən zorakılıqla
çıxarıldı.
Prezident İlham Əliyev Ermənistan adlanan
ərazidə, o zamanlar 170-dən çox kənddə ancaq
azərbaycanlıların yaşayırdılarının xüsusi
vurğulayıb. Eyni zamanda, 90-a yaxın kənddə
azərbaycanlılar əksəriyyət təşkil edirdilər və
bütövlükdə 300-dən çox şəhər və kənddə
azərbaycanlılar yaşamışlar. Onların hamısı,
təqribən 200 min soydaşımız öz dədə-baba
yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı
işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu
cinayətlər sovet hökumətinin gözü önündə baş
verirdi. Prezidentin çıxışında xüsusi diqqət
çəkən məqam ermənilər tərəfindən törədilən
cinayətlərin beynəlxalq ictimaiyyətə
çatdırılması ilə bağlı idi. Dövlətimizin başçısı
informasiya mübarizəsinin mühüm
əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ
müharibəsində Azərbaycanın diaspor təşkilatları
ilə birgə həyata keçirilən fəaliyyətin nəticələrini
təhlil edib.
Ölkə başçısı vətəndaş cəmiyyəti üzvlərinin
Xankəndi-Laçın yolunda təşkil etdiyi aksiyaya
münasibət bildirərək ictimaiyyət
nümayəndələrinin tələblərinin haqlı, təbii
sərvətlərimizin istismarının qəbuledilməz
olduğunu bildirdi.
Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi
fikirlər hər bir azərbaycanlıdan ciddi
məsuliyyət tələb edir. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə
Qarabağ azad edildi. Növbəti hədəf Qərbi
Azərbaycandır! Şübhəsiz Prezident İlham
Əliyevin liderliyi ilə xalqımız bu məqsədinə də
nail olacaq. Azərbaycan Ordusu bütün bu
maneələri dəf etməyə hər daim hazırdır.
Aran Media Qəzeti

Daha çox xəbərlər