Ağalı kəndinə qayıdış xalqımızın tarixi yaddaşını təcəssüm etdirir
Azərbaycan xalqı
tarixə qızıl hərflərlə həkk olunacaq möhtəşəm
məqamı, dədə-baba yurdlarımıza Böyük
qayıdışı dövrünü yaşayır.
Zəfərdən sonra bu xoşbəxtliyi ilk yaşayanlar
Zəngilanın Ağalı kəndinin sakinləri oldular.
Artıq “ağıllı kənd” konsepsiyası əsasında
yenidən salınmış Ağalı kəndinə əhalinin
köçürülməsinin növbəti mərhələsi gerçəkləşib.
30 il ərzində erməni barbarlarının dağıdıb
viranəyə çevirdiyi ərazilərimizdə yeni həyat
qurulur. Azad edilən tarixi torpaqlarımızda
görülən bütün bu irimiqyaslı işlər birbaşa
Prezident İlham Əliyevin şəxsi diqqəti və
nəzarəti altında həyata keçirilir. İlham Əliyev
Ağalı kənd sakinləri ilə görüşü zamanı bütün
Azərbaycan xalqına müjdə verərək Böyük
qayıdışa start verildiyini böyük sevinc və iftixar
hissi ilə söyləmişdir. Xalqımıza verilən bu xoş
xəbərdən sonra, yurd həsrətli soydaşlarımız odocaqlarına dönəcəyi zamana sayılı günlər
qalmasının təsvirəgəlməz sevincini yaşadılar.
Artıq köçkünlük həyatları başa çatmışdı,
Vətəndə qəribçilikdən qurtulmuşdular, düz bir
qərinəlik mənəvi məhrumiyyətlərdən sonra
ömürlərinin yeni mərhələsinə qədəm
qoymuşdular. Qarşıda onları bəxtəvər çağlar,
firavan həyat gözləyirdi…
Və çox keçmədən Zəngilanın Ağalı kəndinin
sakinləri illərlə arzuladıqları bu xoşbəxtliyi
yaşadılar, doğma kəndlərinə qovuşdular.
Köçürülən ailələr, əsasən, müvəqqəti
məskunlaşma yerlərində ən ağır şəraitdə
yaşayanlar arasından seçilib və bu zaman
köçürülmə üçün təqdim edilən yaşayış
sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər
arasında Birinci, İkinci və Üçüncü Ağalı
kəndlərinin hər birinin sakinləri var. Təsadüfi
deyil ki, Ağalı kəndinin mərkəzi meydanında
otuz ilə yaxın müddətdə işğal altında qalmış
əzəli torpaqlarımızda sülhün əbədi təmin
olunmasını təcəssüm etdirən göyərçin abidəfəvvarə kompleksi də Müzəffər Ali Baş
Komandan İlham Əliyev tərəfindən işə salınıb.
Bu gün Qarabağa və Şərqi Zəngəzura yeni həyat
verən dövlət başçısı Ağalının timsalında bir
daha dünyaya bəyan edir ki, bu yurdların əzəli
sahibləri qayıdıblar və dünya durduqca bu
torpaqlarda var olacaqlar, yaşayacaqlar,
yaradacaqlar…
Aran Media Qəzeti

