Şuşaya güclü qar yağıb
Şuşa şəhərinə güclü qar yağıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 8-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü bu gün 14-15 santimetrə çatıb.
Hazırda davam edən qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür.

