Cəmiyyət 

5 ildən sonra Bakıya qar yağdı – 5 sm

Beş-altı illik aradan sonra paytaxt Bakıya qar yağıb. Bir çox yerlərdə qarın qalınlığı 5 santimetrə çatmasa da, hər halda yer ağarıb. 

Gecədən əsas yollar qardan təmizləndiyi üçün şəhəriçi yollarda nəqliyyatın intensiv hərəkətində problem yaranmayıb. İndilikdə səkilərdə və meydanlarda buzlanma müşahidə olunmur.

Qar yağışı ara-sıra davam edir.

e44640f3-6506-47ed-8964-49594449fd54.jpg (134 KB)

Bu, uşaqlar üçün əyləncə, böyüklər üçün əlavə qayğıdır. Birincilər onun davam etməsini, çox yağmasını istəyirlər – ikincilər tez bir zamanda əriyib getməsini.

7df5d959-1d3d-4203-baf9-fa50a73a7b8c.jpg (598 KB)

Daha çox xəbərlər