Cəmiyyət 

Bakı metrosunda ölən şəxsin kimliyi BİLİNDİ – YENİLƏNİB

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “20 Yanvar” metro stansiyasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, həmin şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.

08:44

Bakı metrosunda sərnişin ölüb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Belə ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 07:45-də qatardan düşürülüb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.

Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.

Daha çox xəbərlər