Cəmiyyət 

“Bu əziyyət çəkən insanların qədrini bilək” – Kamil Zeynallıdan daha bir JEST – FOTO-VİDEO

Daim xeyirxahlığıyla tanınan fitnes məşqçisi Kamil Zeynallı növbəti paylaşımıyla diqqət çəkib.

ARANTV.AZ  xəbər verir ki, o, soyuq, qarlı havada zəhmət çəkib yolları təmizləyən xanımlarla foto və videosunu şəxsi “İnstagram” səhifəsində dərc edərək onların qədrini bilməyə çağırıb.

“Zəhmətkeş xanımlarımız. Bizlər isti evlərimiz, maşınlarımıza işimizdə, bu xanımlar da soyuqda, şaxtada çöldə işləyirlər. Bu əziyyət çəkən insanların qədrini bilək. Çox gözəl, pozitiv xanımlar idi. Mənim çay içdiyimi görüb, mənimlə şəkil çəkdirmək istədiklərini dedilər. Mənə xoş sözlər deyib zarafatlar da etdilər. Oturduğum məkan onlara isti çay ikram etdi və əlbəttə ki, mən də boş yola salmaram, biləsiniz. Allah sizləri qorusun”, – deyə Kamil paylaşımını şərh edib.

(Videonu izləmək üçün sürüşdürün)

 

Daha çox xəbərlər