Azərbaycanın idman siyasəti böyük zirvələrin fəthini reallaşdırır
Azərbaycan demokratik,hüquqi, multikultural, dünya kosmik klubunun üzvü və eyni zamanda idman ölkəsi olan qüdrətli dövlətdir. Məlum olduğu kimi, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır ki, bu da məhz ümummilli liderin Azərbaycan gənclərinə, idmana olan xüsusi diqqətinin bariz nümunəsi idi. Həmin dövrdən etibarən ölkəmizdə sağlam gənclər yetişir, onlar ölkəmizi beynəlxalq idman yarışlarında uğurla təmsil edir və bayrağımızı zirvələrdə dalğalandırırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün fəaliyyəti illərində dahi Heydər Əliyev siyasətini layiqincə davam etdirərək, digər sferalarda olduğu kimi ölkəmizdə idman sahəsinin də inkişafı naminə mühüm töhfələr vermişdir.
Məlum olduğu kimi bir neçə gün öncə-9 yanvar 2023-cü il tarixdə möhtərəm Sədr, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ederek, hər il olduğu kimi, ötən ilin də ölkəmiz üçün, həmçinin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulamışdır. Cənab Prezident bu istiqamətdə görülən bütün işlərə yüksək səviyyədə qiymət vermişdir. Qarşımıza qoyulan bütün vezifeler layiqince yerinə yetirilmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Həqiqətən də bütövlükdə son illərdə aparılan idman siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Dünya ölkələri arasında rəqabət günbəgün artır,yeni idman ölkələri meydana çıxır.Buna baxmayaraq biz daim ölkəmizi layiqincə temsil edirik.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün dövlətimizin idman sahəsində həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkəmizdə sağlam gənclər yetişir və həmin gənclər də beynəlxalq idman kürsülərində bayrağımızı yüksəklərə qaldırır, qalib ölkənin nümayəndəsi kimi Dövlət Himnimizi səsləndirirlər.Biz təhsil işçiləri fəxarət hissi keçiririk ki, bugün təhsil verdiyimiz şagirdlər, ümumilikdə qalib xalqımız təhlükəsiz və müstəqil dövlətdə yaşayır.Və hər birimiz şahid oluruq ki,möhtərəm Sədr, Ölkə Prezidenti cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə aparılan Yeni Azərbaycan Partiyasının bənzərsiz siyasəti ölkəmizi böyük inkişaf yolunda uğurlu gələcəyə doğru aparır!

Xəyalə Rəcəbova,
YAP Yevlax rayon təşkilatının fəalı

