Cəmiyyət 

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və müavin təyin edilib

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini – baş həkim vəzifəsinə təyin olunub.

Daha çox xəbərlər