Rövşən Nəcəf Xoşbəxt Yusifzadəni təbrik etdi – FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Xoşbəxt Yusifzadənin doğum günü münasibəti ilə paylaşım edib.
R.Nəcəfin rəsmi “Twitter” səhifəsində yazdığı paylaşımda bildirilir:
“Neft sənayemizin canlı əfsanəsi, SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə ürəkdən təbrik edir, Xoşbəxt müəllimə uzun ömür və möhkəm cansağlığı arzu edirik”.

