Gündəm 

“Əbədi Birlik” Gənclər İctimai Birliyi və “Əbədi Birlik” Türk dünyası komitəsinin təşkilatçılığı ilə “Türk dünyasında Ahıska türklərinin yeri” mövzusunda Zoom platformasında görüş keçirilib.

Görüşün fəxri qonağı Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini, Dünya Ahıska Türkleri Birliği İdarə Heyətinin üzvü Mövlud İşık olub. Görüş Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin açılış nitqi ilə başlayıb. Mövlud İşık tərəfindən “Ahıska türklərinin tarixi” , “Ahıska türklərinin sürgünü” , “Türkdilli xalqların birliyi” mövzularına toxunulmuşdur. Mövlud İşık öz çıxışında Azərbaycan dövlətinə Ahıska türklərinə qucaq açdığı üçün dərin təşəkkürünü bildirmiş, Ümummilli lider Heydər Əliyevin Ahıska türklərinə qarşı diqqətini hörmətlə yada salmışdır. Gənclərdə maraq doğuran suallar cavablandırılmışdır. Son olaraq “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Mövlud İşıka dəvəti qəbul edib, gəncləri maarifləndirdiyi üçün təşəkkürünü bildirmişdir.

Aran Media Qəzeti

Daha çox xəbərlər