Region Xəbərləri Təhsil 

Elməddin Telman oğlu Hüseynzadəyə həsr olunmuş “Açıq dərs” keçirildi.

“Tanıyaq tanıdaq” layihəsi çərçivəsində Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində Bərdə rayon şəhid Adil Süleymanov adına Şorəlli kənd tam orta məktəbin təşkilatçı müavini Kəmalə Zeynalovanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidlərindən Elməddin Telman oğlu Hüseynzadəyə həsr olunmuş “Açıq dərs” keçirildi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndi,daha sonra Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açıq dərsdə Şəhid Elməddin Hüseynzadənin anası Hüseynova Arzu, döyüş yoldaşı Vətən müharibəsi qazisi Zeynalov Şahin, Gənlər və İdman idarəsinin rəis müavini Aydın Qasımov, Qarabağ regional təhsil idarəsi Bərde sektorunun metodisti Elxan Əliyev, Qarabağ müharibəsi veteranları, əlilləri və Şəhid ailələri ictimai birliyinin sədri Etibar Hüseynova, məktəbin müəllimləri iştirak etdilər.
Şagirdlər şəhidin həyatı və şərəfli döyüş yolundan danışdılar. Şəhidə həsr olunmuş şeir, mahnı və videoçarx nümayiş olundu.

Daha çox xəbərlər