Cəmiyyət 

Gəlin gələcəyimizi qoruyaq!

Bəşəriyyətin məhvinə çevrilmiş “Ağ ölüm” cəmiyyəti narahat edən ən ciddi problemlərdən biridir. Bu bəlaya qarşı mübarizə çox vacibdir. Ona görə ki, gələcəyimiz olan gənclərin, bu pis vərdişə meyilliliyi çoxdur. Narkomaniyanın qarşısının alınması məqsədilə dövlət səviyyəsində ciddi və sərt mübarizə aparılır. İctimaiyyət də bu mübarizədə fəal olmalı, narkomaniyaya və narkotik maddələri ölkəyə gətirənlərə, satanlara, təbliğ edənlərə qarşı dövlət strukturları ilə güclərini birləşdirərək köməklərini əsirgəməməlidirlər. Vətəndaşlar bu sahədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının yaxın köməkçiləri olmalıdırlar.

Narkomaniyanın zərərləri və insan sağlamlığına mənfi təsirindən bəhs edən maariflənmə tədbirlərinin keçirilməsi də çox vacibdir. Bu sahədə veteran təşkilatları, ali və orta təhsil müəssisələri gənclər arasında təbliğatı gücləndirməklə daha çox səmərə əldə etmiş olarlar.

Həmçinin tədbirlərdə narkomaniyanın gənclərin sağlamlığına vurduğu zərərlərdən bəhs edən videoçarxlar nümayişi də təqdim edilməlidir.

Narkotik maddələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Baş Prokurorluq üzrə təsdiq edilmiş “2019- 2024-cü illər üçün Tədbirlər Planı”nın 13-cü bəndinin tələblərinə uyğun olaraq maarifləndirilməsi məqsədilə mütəmadi olaraq məqalələr hazırlayıb KİV-lər vasitəsi ilə dərc edilərək ictimaiyyətə çatdırılır. Ümumiyyətlə, bu sahədə ən təsirli vasitələrdən biri məhz maarifləndirmədir ki, medianın bu sahədə böyük təsiri var.

Tural Xantəmirov,
Lənkəran hərbi prokurorunun müavini

Daha çox xəbərlər