Hadisə 

Paytaxtda avtomobil 35 yaşlı qadını vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolunu keçən 1988-ci il təvəllüdlü Hüseynova Nahidə Əlibaba qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər