Cəmiyyət 

Zəngilan rayonunun Həkəri qəsəbəsi – FOTO

Zəngilan rayonunun Həkəri qəsəbəsi Göyən çölündə, Həkəri çayının Araza töküldüyü yerin yaxınlığında yerləşir.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də qəsəbəni işğaldan azad edib.

ARANTV.AZ AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Həkəri qəsəbəsinin görüntülərini təqdim edir.

 

Daha çox xəbərlər