Gündəm 

Rəzilliyi damğa kimi daşıyan Ermənistan…

Məkrli əməlləri, yalanları həmişə başına bəla olan Ermənistanda qarşıdurmalar ara vermir. İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi gücü, qüdrəti qarşısında tab gətirməyərək məğlub olan işğalçı ölkənin havadarları belə Ermənistana kömək edə bilmədilər. Ortada qalan işğalçı ölkədə ona vədlər verənlərə qarşı etiraz aksiyaları keçirilir. Ölkə parlamentində daim müşahidə olunan siyasi partiyalar arasındakı qarşıdurmalar güclənir. Ermənistanın insan qatilləri olan sabiq prezidentləri Robert Koçaryanla Serjik Sarkisyanın tərəfdarları arasında «hakimiyyətə qayıdış» uğrunda aparılan mübarizə ölkədəki vəziyyəti daha da gərginləşdirib. Xaos içərisində çabalayan ermənilər kimin sözünə inanacaqlarını bilmirlər. Ənənəvi havadarlarının vədlərinin də boşa çıxdığını görən ermənilər hələ də Qərblə Rusiya arasında tərəddüd edən hakimiyyətə qarşı etirazlarını bildirməkdədirlər. «Sorosun uşağı» adlandırılan Ermənistanın baş naziri Nikol Paşinyanın avropalı havadarı, Fransanın Prezidenti Emmanuel Makrona inamı da azalıb. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edən insanların bu istəklərini artıq açıq şəkildə bildirən Paşinyan irəvanlılarla «Qarabağ klanı» adlandırılan ermənilər arasındakı ikitirəliyi tənzimləməkdə də maraqlı deyil. Özünü qondarma, separatçı rejimin prezidenti hesab edən Arayik Arutyunyanla Rusiyanın Xankəndiyə xüsusi missiya ilə göndərdiyi baş terrorçu, milyarder Ruben Vardanyan arasında yaranan ixtilaflar Ermənistandakı hakimiyyət uğrundakı mübarizəyə də təsirsiz ötüşmür. Azərbaycanın illərdən bəri Ermənistanın işğalı altında qalan bir sıra yüksəklikləri nəzarətə götürməsi, Laçın dəhlizinə alternativ yolun çəkilişinin başa çatması ilə bölgədə yaranan yeni reallıqlardan başını itirən, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərini «unudan» Paşinyan Moskva tərəfindən faktiki olaraq Qarabağ separatçılarına başçı təyin edilən Ruben Vardanyanın Ermənistanda iqtidara gətirilməsi planı ilə də razılaşmır. Vardanyanın Paşinyanın kreslosuna göz dikməsi hakimiyyət uğrunda üzərində mübarizəni daha da gücləndirir. «Rusiya təmsilçisinin» Ermənistanda iqtidara gəlmək üçün Xankəndidə sınaq keçdiyini İrəvanda da hamı bilir. Xankəndiyə xüsusi ezam olunmuş bu dələduzun «iqtidara gəlmək» niyyətini başa düşən, milyarderi saxta « baş nazir postundan» uzaqlaşdırmaq üçün ermənisayaq yollar axtaran qondarma separatçı, terrorçu rejimin oyuncaq başçısı Araik Arutunyan Ruben Vardanyanın Qarabağdan qovulması üçün özünə münasib ermənilərdən ibarət tərəfdaşlar toplayır.

Baxışları və məqsədləri bir nöqtədə birləşən Nikolla Arayik Kremlin layihəsi olan Vardanyanın zərərsizləşdirilməsinin yollarını axtarırlar. Göründüyü kimi, dalana dirənən, hər an partlamağa hazır bomba effekti yaranan Ermənistanda çıxış yolunu bilən kimsə tapılmır. İqtisadi bataqlıqda çabalayan, pandemiyanın törətdiyi vəziyyətdən əziyyət çəkən Ermənistanın rubenlərə, nikollara deyil, həqiqi mənada dünyada və regionda baş verən hadisələrdən nəticə çıxara biləcək düşüncəli başçıya ehtiyacı var. Amma ideologiyası, idarəçiliyi terrorçuluq, faşizmə sadiqlik, qana hərislik prinsipləri əsasında formalaşan bu dövlətdə lider defisiti hər zaman olub, bu gün də ölkədə sistemsizlik, hakimiyyətsizlik davam edir.

Bəllidir ki, həmişə «ələbaxımlıq»la idarə olunan Ermənistanın hakimiyyət sükanı heç bir zaman xalqın maraqlarına uyğun olmayıb. «Yan»ların tarixləri, bünövrələri , iddiaları, düşüncələri, xəyalları yalanlar, fərziyyələr üzərində formalaşıb. Ermənistanı uçuruma aparan əsas səbəb də həmin saxtakarlıq, qeyri-səmimilik və təxribatçılıq xislətdir. Biabırçı, xalqa başaşağılıq gətirən qul itaətkarlığı hələ də davam edir. Qaranlıq talelərini həll etmək barədə düşünmək niyyətində olmayan ermənilər özlərindən soruşmalıdırlar ki, əsrlərdən bəri sadiq qaldıqları daşnak ideologiyası onlara nə qazandırıb? Qarabağ torpaqlarını işğal altında saxlamaqla nə əldə olundu? Etnik dövlət qurmaq naminə hər cür rəzilliyə əl atan, qonşuları ilə qarşılıqlı anlaşma şəraitində yaşamaq kimi sivil, demokratik prinsiplərə əməl etməyən Ermənistanın tarixən itirdiyi qazandığından çox olub. İnsanlara, xüsusilə Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərə görə digər xalqlar tərəfindən qınanan, milli mənsubiyyətinə terrorçu, qaniçən, vəhşi damğasını vurduran ermənilər haqqında heç bir yazılı mənbədə müsbət söz tapmaq mümkün deyil. Mənfur niyyətləri ilə bölgədə daim gərginlik yaradan, qlobal layihələrdən kənarda qalan, kimlərinsə əlində alət, vasitə olmağı şərəf bilən, insanlığa yad xüsusiyyətləri dövlətçilik ənənələri kimi davam etdirən ermənilər haqqında söylənilən «Sən köləsən, sən qorxaqsan, sən oğrusan, çünki sən ermənisən» (dahi rus şairi A,S.Puşkin), «Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər» (fransız yazıçısı və səyyahı Aleksandr Düma) sözləri «yan»ları dünyada rəzil millət kimi tanıdan yüzlərlə nümunədən ikisidir. Nökəri olduqları xalqların keyfiyyətlərini belə mənimsəyən ermənilər daim məchulluq içərisində qalmışlar.

Amma artıq bıcaq sümüyə dayanıb. Ermənistan reallığı qəbul edib Azərbaycan əleyhinə təxribatlardan, işğalçılıq siyasətindən əl çəkməli, bölgədə normallaşma prosesinə xələl gətirməməli və üçtərəfli bəyanatlar əsasında üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməlidir. Azərbaycanın təklif etdiyi konstruktiv sülh sazişini imzalamalı, varlığı üçün tarixi fürsətdən istifadə etməlidir.

İşğalçılıq siyasətlərinin qurbanı olan Ermənistana artıq nə Soros, nə Rusiya, nə də Fransa yardım göstərə bilər. Qonşu dövlətlərlə səmimi münasibət yaratmaqla başqalarından torpaq oğurlamaq, qaniçənlikdən təxribatlardan, terrorçuluqdan əl çəkmək Ermənistanın var olması üçün yeganə yoldur.

Daha çox xəbərlər