Xalqımızın qanlı və şərəfli tarixi.
Azərbaycanın tarixinə nəzər salsaq, xalqımızın minilliklərlə dolu tarixi yaddaşa malik olduğunu görürük.Yaddaşımızda əbədi,silinməz iz buraxan və öz unikallığı ilə fərqlənən tarixlərdən biri də 20 Yanvar tarixi faciəsidir.20 Yanvar nəink faciə, eyni zamanda qəhrəmanlıq nümunəsidir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə baş vermiş qanlı hadisədən 33 il keçməsinə baxmayaraq xalqımız hele də hemen gecədə baş verənləri unutmur və şəhid olanları daim hörmətlə anırlar. Həmin gün nə qədər faciə dolu olsa da ,Azərbaycan xalqının azadlıq,suverenlik uğrunda mübarizəsini əks etdirən tarixi gündür.
Qanlı gecədə Bakıya yeridililən sovet qoşun hissələri küçəyə çıxan, öz etirazını bildirən dinc əhaliyə ağır silahlarla zərbə endirmiş,uşaq-böyük,qoca –cavan demədən önünə çıxan hər kəsi qətlə yetirmişlər.Bu zaman 700-dən artıq vətəndaşımız yararlanmış,146 nəfər qətlə yetirilmiş,dövlət və şəxsi əmlaklar məhv edilmişdir.
Qabaqcadan hazırlanan bu təcavüzkarlıq Azərbaycan xalqının milli azdlıq uğrunda mübarizəsini boğmaq və təhqir etmək məqsədi daşıyırdı.
O zamanlar Ümummilli Lider Heydər Əliyev həmin günlərdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş və Azərbaycan xalqına qarşı yönəlmiş qanlı hadisəni qətiyyətlə pisləmişdir.Günahsız insanların ölümünə sonuna qədər etiraz etmiş,təqsirkarların cəzalanmasını tələb etmişdir.
Ulu öndərimiz 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş və onların adlarını əbədiləşdirmək üçün bir sıra fərman və sərəncamlar imzalamış, onun təşəbbüsü ilə Şəhidlər xiyabanında “ Əbədi məşəl”abidə kompleksi ucadılmışdır.
Faciənin şərəfinə Bakıda keçmiş “IX Qızıl Ordu “ metrosu 20 Yanvar metro stansiyası adlandırılmış,bir sıra küçələrə bu ad verilmişdir.
20 Yanvarda xalqımızın başına gətirilən bu faciə nəinki,Azərbaycan xalqına qarşı, hətta, azadlıq uğrunda çalışan,öz haqq səsini dünyayaya duyurmaq istəyən və amansızca qətlə yetirilən günahsız insanlara qarşı törədilmiş ümumibəşəri cinayyətdir. Hətta,Müqəddəs kitabımız Qurani Kərimdə belə deyilir:Bir Günahsız insanı öldümək bütün bəşəriyyəti öldürmək demekdir.
Bəli,bu qanlı gecədə günahsız,əliyalın insanlar qətlə yetirilmişdilər.
Həmin gecədə həlak olan vətənimizin cəsur oğlanları,qızları öz qanları ilə şərəfli tarix yazdılar.O tarix ki,uzun zaman keçməsinə baxmayaraq öz ideallığını və unikallığını qoruyub saxlayır.
Lakin,bu gün biz bir sıra tarixi faciələrdən qalib çıxaraq güclü dövlətə çevrilən xalq kimi fəxr edə bilərik.Çünki, biz öz qəhrəmanlığımızı və birliyimizi 44günlük vətən müharibəsində də bütün dünyaya göstərdik.Və bu gün biz bu tarixi bütöv Azərbaycanın,Qalib ölkənin vətəndaşları kimi qeyd edirik.
20Yanvar hadisəsi nə qədər yaddaşımızda faciə rəmzi kimi qalsa da,eyni zamanda,Böyük Zəfərə gedən yolun bünövrəsi,şübhəsiz ki,məhz bu tarixi gündə qoyuldu.20 Yanvar hadisələri bizi müstəqilliyə və azadlığa aparan yolun başlanğıcı,eyni zamanda,mənəvi qələbəsi oldu.
Mədinə İbadova
Şorəlli kənd tam orta məktəbin müəllimi.

