Hadisə 

Bakıda 55 yaşlı kişi yaşayış kompleksində liftin şaxtasına düşməsi nəticəsində ölüb

Bakıda yaşayış kompleksində liftin şaxtasına düşmüş kişi 5 gün sonra ölüb.

ARANTV.AZ  xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi 6B ünvanında inşa olunan “Dream Tower” yaşayış kompleksində çalışan 55 yaşlı Xankişiyev Arazxan Tərxan oğlu yanvarın 14-də liftin şaxtasına düşüb və ağır xəsarətlər alıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Xankişiyev vəfat edib.

Faktla bağl araşdırma aparılır.

Daha çox xəbərlər