Cəmiyyət 

20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir.

QANLI YANVAR FACİƏSİNİN 33-CÜ İLDÖNÜMÜ QEYD EDİLDİ.

Azərbaycan,tarix boyu neçə sınaqlardan keçdin.Buna baxmayaraq, dik durdun.Adət-ənənələrinə sahib çıxdın,savaşdın.Vətən uğrunda neçə-neçə qanlar tökdün…Vətən sağ olsun!-dedin.”Vətəni Vətən edən uğrunda tökülən qanlardır .“-dedin.Bu gün üçün.. Unutmadıq,unutdurmadıq..

Tarixdən bu yana dəyişən sadəcə fəsillər,illər oldu,amma şüarımız dəyişmədi.Vətən,torpaq həsrəti bizi daha da gücləndirdi.Mənəvi xəzinəmiz üçün illərlə, əsrlərlə mücadələ etdik.Zorbalıqlara,parçalanmalara məruz qaldıq,halbuki gücümüzü birlik olaraq göstərdik.Tarixə səs saldıq iz qoyduq.Salam olsun,Nəsimin Şirvanına,Nizaminin Gəncəsinə.Natavan bulağı,artıq qan ağlama!Şəhriyar ,ürəyin sızlamasın!…

 

Bu gün azadlığın, müstəqilliyin,
Qan ilə yazılmış təməl günüdür.
Ölümün üzünə dik baxa-baxa,
Özgür yaşamağın bədəl günüdür.

Bu gün ürəklərdən qorxunun, xofun,
Ölümün əliylə çıxan günüdür.
Millətin divləri, əjdahaları,
Birliyin gücüylə yıxan günüdür.

 

 Qanlı Yanvar günü…Qara Yanvar…

Tariximizdə qara hərflərlə yazılan o gün..1990-cl il yanvarın 19-dan 20-nə keən gecə  Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə  vəziyyət elan edilmədən dinc əhalini qətlə yetirdilər.Yüzlərlə günahsız cana divan tutdular.Fövqəladə vəziyyət elan olunana qədər  82 nəfər hərbi qulluqçu qətlə yetirlimiş 20 nəfəri isə ağır yaralanmışdır.Fövqəladə vəziyyət elan olunduqdan sonra Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

Sovet ordusu  qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ  Konstitusiyası və Azərbaycan SSRİ Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan  xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.Ümumilikdə131-170 nəfər ölmüş 700-800 nəfər isə yaralanmışdır.

  Daha sonra Qanlı Yanvar faciəsi  dünya mediasında işıqlandırılmışdır.ABŞ-da “Los Angeles Times” “The New York Times“, “Vaşinqton Post“, “The Christian Science Monitor“, “The Baltimore Sun“, və digər media orqanları Qara Yanvar barədə məlumat vermişlər.

1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid  olmuş insanlar indiki Şəhidlər Xiyabanında dəfn olunmuşdur

Faciənin şərəfinə Bakıda keçmiş “XI Qızıl Ordu” metrosu 20 Yanvar metrostansiyası, Suvorov küçəsi “20 yanvar” küçəsi, Bərdə rayonunda park adlandırılmışdır. 20 yanvar — Ümumxalq Hüzn Günü olduğundan, hər il Azərbaycanın idarə, müəssisə və təşkilatlarında iş günü hesab edilmir və onun əvəzinə anım mərasimi keçirilir. 2015-ci ilin 15 yanvar tarixində Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”nın açılışı keçirilib.

Azərbaycanda Qara Yanvara həm də poçt markası da həsr olunmuşdur.

 

19.01.2023 tarixində” Aran Medya Group” və “Əbədi Birlik Gənc İctimai Birliyi”-nin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 33. ildönümü ilə bağlı görüş təşkil edildi.İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndilirdi.Tədbirdə fəxri qonaqlar – Tarix üzrə fəlsəfə doktoru ,dosent Sübhan Talıblı və Azərbaycan Respublikasının əməkdar artisti Məsməxanım Ağaverdiyeva ,həmçinin “Aran Medya Group”un direktoru Şeyda Əzizova ,”Əbədi Birlik Gənc İctimai Birliyi” nin sədri Şahin Əliyev, şairə Manya Səxavətqızı, şəhid qazi ailələri və müəllim heyəti iştirak etmişdilər.Fəxri qonaqlar 20  Yanvar faciəsi ilə iştirakçılarla söhbət etdilər.Görüşün davamında Şahin Əliyevin Şuşadan görüşə qoşulub ,iştirakçıları salamlaması kövrək hallara səbəb oldu.

Unutmadıq ,unutmayacayıq…

Allah şəhidlərimizə rəhmət etsin!

 

Layihə: “Aran Medya Group” un direktoru :

Şeyda Əzizova

Moderator:

 Quliyeva Nərmin

Daha çox xəbərlər