Qida məhsullarının istehsalı 7,7 faiz artıb
2022-ci ildə ötən illə müqayisədə qida məhsullarının istehsalında 7,7 faiz artım, içki istehsalında 4 faiz, tütün məmulatlarının istehsalında isə 12,2 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə bildirilib ki, bu sahələrin əsas məhsullarından marqarin istehsalı 85 faiz, qənd və şəkər tozunun istehsalı 11,7 faiz artıb, duru bitki yağlarının istehsalı isə 7,3 faiz azalıb.

