Region Xəbərləri 

İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır.

30 ildən artıqdır ki, davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaşa çevrilməmizi göstərir.
Çin və Azərbaycan ən yaxşı dostlardır. Çin və Azərbaycan arasında tez-tez görüşlər təşkil olunur. Hər iki dövlətin bir-birinə qarşı olan etibarı çərçivəsində Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi ” Çinin böyük dostu” adlanmışdır.
Bu gün demək olarki iqtisadi əməkdaşlıq durmadan artır. Biz demək olarki artıq Azərbaycanda bütün iş sistemimizi qurmuşuq, nəqliyyat infrastrukturunun bütün seqmentlərini yaratmışıq. Azərbaycanla enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyi ümid edirik. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiylar qorunur, ölkəmizdə qoyulan sərmayələr əksərən neft və qaz sektoruna yönəlmişdir.
“Bir kəmər, bir yol” təşəbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir fikir idi.
Demək olarki son ildə Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. “Bir kəmər, bir yol ” təşəbbüsü nəticəsində müxtəlif maşrutlar, xüsusilə də Şimal-Cənub marşrutu üzrə daşımanı aktivləşdirdi. Ötən il Azərbaycan ərazisində tranzit daşımaları 75 faiz artırıldı. Azərbaycanın Çinlə əməkdaşlıq əlaqələri portfelinə yaşıl enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir. Əsasən bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib.
Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə vermiş ölkədir. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik.
Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Çin bunu qlobal miqyasda edir. Bizsə bunu daha çox regional miqyasda edirik.
Bizim fəlsəfəmiz eynidir və uğurludur.
Aynur Əliyeva – Fəal gənc

Daha çox xəbərlər