Siyasət 

Azərbaycanın da qatıldığı təlim Türkiyə tarixində ən böyük təlimdir – FOTO

Qarsın Sarıqamış rayonunda Türkiyənin ən böyük “Qış Təlimi” keçirilir.

Təlimə Azərbaycan, Almaniya, Böyük Britaniya də daxil olmaqla 17 ölkədən iştirakçılar qatılıblar.

Birgə əməliyyatın həyata keçirilməsi məqsədləri arasında əməkdaşlığın və koordinasiyanın təmin edilməsi, döyüş silahlarının və nəqliyyat vasitələrinin texniki göstəricilərinin və bölmələrin döyüş qabiliyyətinin və imkanlarının yoxlanılması, o cümlədən şiddətli soyuqda məskunlaşma, sığınacaq, təchizat və silahlanma sahəsində hazırlıq səviyyəsinin yüksəldilməsi yer alır.

Hücum, hava hücumu əməliyyatları, hava-desant əməliyyatları, hava nəqliyyatı və logistika dəstək fəaliyyətlərinin həyata keçiriləcəyi təlimdə tanklar, artilleriya topları, minaatan qrupları, o cümlədən snayper qrupları, Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı şəxsi heyəti, komandolar, helikopterlər iştirak edirlər.

 

Mənbə: TRT Haber

Daha çox xəbərlər