Siyasət 

Aİ səfiri: “Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir” – FOTO

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan ölümü və xəsarətlərlə bağlı xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko özünün “Twitter” hesabından bəyan edib.

O, həlak olan şəxsin ailəsinə başsağlığı verib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

 

Daha çox xəbərlər