Cəmiyyət 

LALƏ BAYRAMOVA:”ATAMDAN MƏNƏ ŞƏKİLLƏRİ,XƏNCƏRİ YADİGAR QALDI”.

Onun adi torpağı,
Ruhdan, candan irəli…
O, atandan qabaqdır,
O, anandan irəli…

Vətəni sevmək azdır,onu qorumaq gərək…Yalnız sözdə deyil,əməldə dəbiz bunu göstərməliyik.Bir ovuc torpağını da düşmənə güzəşt getməyən oğullarımızı heç vact unutmamalıyıq.Şəhid adından uca bir ad,yüksək zirvə yoxdur.O zirvərə isə hər kəs layiq görülməz.

Aldığımız nəfəsdə, gəzdiyimiz torpaqda,  bu günümüzdə,sabahımızda onlara borcluyuq.Şəhadətə ucalan oğullarımızı,qəhrəmanlarımızln adını  nəsildən-nəsilə ötürməliyik.Onların şücaətindən,igidliyondən 7/24 hər kəsə anlatmalıyıq.Bu Azərbaycan millətinin borcudur..hər birimizin borcudur.

 

“Aran Medya Group” un və “şəhid,qazi ailələrinə təmənnasız dərs keçən müəllim heyəti” nin rəhbərliyi ilə 25.01.2023 tarixində şəhid Bayramov İlyas İsa oğlunun ailəsi ilə görüş təşkil edildi.Görüşdə  ilk olaraq,şəhidlərin əziz xatirələribir dəqiqəlik sükutla yad edildi,daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbirdə şəhidin qızı Lalə Bayramova, şəhid,qazi ailələrinə təmənnasız dərs keçən müəllimlərin layihə rəhbəri Gülran Abbasəliyeva,”Aran Medya Group”un direktoru Şeyda Əzizova,müəllim heyəti və şəhid,qazi ailələri çıxış  etdilər.

Lalə xanım şəhid haqqında ətraflı məlumatı görüş iştirakçılarına danışdı .Daha sonra atasından yadigar qalan əşyaları-xəncərini ,rəsmlərini göstərdi.

Əbədi şəhidlik zirvəsinə yüksələn şəhidimiz Bayramov ilyas isa oglu 1959 cu ilde23 yanvar Zəngəzur mahali Qafar rayonunur Şəhərcik kəndində  anadan olmuşdur. Kiçik yaşlarındaİlyasın atası erməri fitnələrinə tab gətirə bilmədiyi üçün Bakı şəhəndən köçməyə məruz olmuşdur.İlyasın ailəsi Xirdalan şəhərndəməskunlaşır. Bayramov İyas İsa oğlu təhsilini 1966-1975 illərdə Xirdalan səhən 1 sayı tam orta məktəbdə  başa çatdırır. Sənətinə  texniki peşəmaktəbinin sürücülük peşəsinə yeyələnmişdir. O, daxili islər nazirliyində sürücü işləmişdir. Bayramov İlyas İsa oğluhəqiqi hərbi xidmətinə 1978 ilde SSR-in vaxtinda Rusiyarin Murmarsk blaz Teriski rayonPoz Kackarayci vayeni cas 418 yəni Ağdəniz sahillərindəhərbi  hissedə rabitəci kimi xidmət etmişdir.Dahasonra vətənə dönən İlyas Abşeronda quşculuq fabrikində silesar işləyirdi, Bir qədər sonra F,H,N yanğın söndürmə biriqadasında işləməyə başlamışdır. Bayramov Qaradağ hərbi komissarlığı tərəfindən 1993-cü il 13 sentyabrda  birbaşa könüllü olaraq cəbhəyə getmişdir.Şəhidin ilk döyüş yolu Murovdağ istiqamətində başlayır.Daşkəsən,Ağdərə,Hacıkənd və Murovun 7 qardaş dağı adlanan və daha bir gündə 12 kəndin alınmasında iştirak etmişdir.Bayramov Kəlbəcər uğrunda gedən döyüşlərdə də savaşmışdır.Döyüşdə 100 dən çox ermənini məhv edən ordumuz silah,sursat qıtlığından geri çəkilməyə məcbur qalırlar.Bunu görən düşmən ordusunun gücünü artırır.Döyüşdə ağır yaralanıb,qar uşçqununun altında qalan Bayramov  1994 yanvarın 3-də şəhadətə ucalır.

 

Allah rəhmət etsin!

Layihə:”Aran Medya Group”un direktoru:

Şeyda Əzizova

Moderator:Nərmin Quliyeva

Daha çox xəbərlər