Hadisə 

Şəmkir sakini bədbəxt hadisə nəticəsində öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstə dünyasını dəyişib.

B.Hacıyevin yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin 2-ci mərtəbəsindəki pilləkəndən yıxılıb.

Mərhum hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər