Çevik Polis Alayının rəisi yeni vəzifəyə təyin edildi – YENİLƏNİB
Polis general-mayoru Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.
ARANTV.AZ-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.
17:55
Çevik Polis Alayının rəisi işdən çıxarılıb.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Əlahiddə Çevik Polis Alayının rəisi general-mayor Səhlab Bağırov sərəncama götürülüb.

