Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Heydər Əliyev ili” çərçivəsində 2 fevral – Gənclər gününə həsr edilmiş Qarabağ qaziləri və rayonun fəal gəncləri ilə gorüş keçirib.

Tədbirdən öncə Qarabağ qaziləri və rayonun fəalları YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin yad edilməsilə başlanmışdır.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək dövlət gənclər siyasətindən danışmış, 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin gələcəyin gənclərdən asılı olduğunun bir an da unudulmaması, bilikli, savadlı, vətənpərvər gənclərin yetişməsinə dövlət qayğısının artırılmasının vacibliyi barədə müdrik fikirlərini ifadə etmişdir. Bildirmişdir ki, Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşərək nəyə qadir olduqlarını Vətən müharibəsində sübut etdilər. Bugün bir ailə kimi bir olduqları dəyanətli şəhid anaları və ailələrinin, Qarabağ qazilərinin YAP -a üzv olduqlarından danısan Fəqət Şadlinskaya bundan qürur duyduqlarını, fəxr etdiklərini, onların nə qədər vətənpərvər və vahid amala xidmət etdiklərini xüsusi vurğulayaraq bir daha önə çəkmişdir. Biz onların qarşısında baş əyirik!- deyə bildirmişdir.
Partiya fəalı, rayon Gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli öz çıxışında dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirmiş, bütün xalqımızla birlikdə gənclərin ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birliyindən danışmışdır.
Tədbirdə Qaradağ qazilərinin hər birinə söz verilmiş, onlar öz döyüş yolları barədə, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışmış, onlara minnətdarlıqlarını ifadə etmişlər.
Öz sözünü Vətən müharibəsi şəhidlərinin fədakar təbliğatçısı olaraq hazırladığı video çarxlarda yorulmadan, ürəyinin odunu qoyaraq deməyi bacaran, Türkiyə Universitetində təhsil alan tələbə Nigar Bərdəli çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla rəşadətli Vətən oğullarına minnətdarlığını dilə gətirmişdir.
“Qarabağ” ordenli qazı Dursun Manaflı çıxış edərək: “şəhidlər unudulanda ölür, onlar unudulmamalıdır, biz onlara daim borcluyuq”- deyə şəhidlərin xatirəsinin əziz tutulmasının daima vacib olduğunu xüsusi qeyd etmişdir.
Gənclər günü münasibətilə Qarabağ qazilərinə və rayonun fəal gənclərindən bir qrupuna”Məhəmmədoğulları” ticarət mərkəzinin dəstəyi ilə YAP Bərdə rayon təşkilatının qiymətli hədiyyələri təqdim olunmuşdur.
Qarabağ qaziləri ilə YAP Bərdə rayon təşkilatının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.
Yekunda “YAP Bərdə rayon təşkilatı təqdim edir: Qarabağ qaziləri yaşayan şəhidlərdir, onlara ehtiramimiz əbədidir!” adlı hər bir Qarabağ qazisini ayrıca tanıdan yeni videoların təqdimatına start verilmişdir.

Daha çox xəbərlər