Uğurlu gənclər siyasəti
2 Fevral-Azərbaycan Gəncləri Günüdür. Bu tarixi gün hər zaman gənclərə böyük diqqət göstərən, qayğı ilə yanaşan,daim gənclərin inkişafı üçün çalışan ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla bağlıdır. Bu Sərəncam Heydər Əliyevin gənclərə və gəncliyə nə qədər önəm verdiyinin bir göstəricisidir.Bir xalqın var olması,inkişaf etməsi, yüksək dəyərlərə malik olması üçün gəncləri sağlam düşüncədə,qabaqcıl və savadlı olmalıdır. Azərbaycan dövləti siyasətində gənclərin yüksək səviyyədə təhsil almalarına,sağlam mühitdə yaşamalarına,gənclərin mənəvi inkişafına,onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət ayırıb.Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanı dünya ölkələrində layiqincə təmsil edən, Azərbaycanı dünyaya tanıdan çoxlu sayda gənclər var.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən gənclər siyasətinin işlənib hazırlanması istiqamətində işlər görülmüşdür. Gənclərin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını yüksəltmək üçün Heydər Əliyev 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təklifini irəli sürmüşdür. Ümummilli liderin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq müstəqil Azərbaycan Gənclərinin forumları keçirilməyə başlamışdır.
Ulu Öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Dövlət gənclər siyasəti bu prinsiplər əsasında həyata keçirilir:
-xalqın gələcəyini müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi:
-cinsindən,milliyətindən,dilindən,dinindən,təhsilindən,siyasi baxışından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqi və sosial statusunun müəyyənləşdirilməsi:
-gənclərin hərtərəfli sosial,mənəvi və fiziki inkişafına,onların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin yaradılması:
-gənclərdə xalqın mədəni irsinə və ənənələrinə,nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi:
-gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti:
-gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilatı təminatların yaradılması.
Prezident İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq, bu gün onun siyasətini uğurla davam etdirir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermişdir. Gənclərin mənəvi inkişafı,xarici ölkələrdə təhsili,problemlərinin həll olunması istiqamətində görülən işlər,həyata keçirilən tədbirlər,imzalanan fərmanlar, sərəncamlar bu sahəyə böyük diqqətin göstəricisidir.
Dövlətin qayğısını və diqqətini daim öz üzərlərində hiss edən Azərbaycan gəncləri ölkə üçün çalışmış,öz töhfələrini vermişlər.44 günlük Vətən Müharibəsi dövründə də gənclər Azərbaycan Ordusunun sıralarına qatılmış,cəsarətlə vuruşmuş,düşmən ordusunu darmadağın etmişlər.Azərbaycan Gənclərinin rəşadəti,igidliyi,cəsurluğu sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, otuz il gözlədiyi tarixi torpaqlarına qovuşdu.Ön cəbhədə vuruşan gənclərlə yanaşı arxa cəbhədə də gənclər yüksək fəallıq göstərmiş,tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal iştirak ediblər.
Bu gün qürurla deyə bilərik ki,Azərbaycanın Gələcəyi etibarlı əllərdədir.
Günel Süleymanlı,
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

