Hadisə 

Gənc oğlan hamamda çimərkən qəfil öldü

Zaqatala rayonunda 17 yaşlı oğlan qəfil ölüb.

ARANTV.AZ-ın məlumata görə, 2006-ci il təvəllüdlü Turan Qurbanov hamamda çimən zaman özünü pis hiss edib. O, anasını köməyə çağırıb.

Qadın oğluna köməyə gələn zaman o vəfat edib.

T.Qurbanovun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər