Siyasət 

Parlamentin ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçiriləcək

“Ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı parlamentin yaz sessiyası çərçivəsində tədbirlər keçiriləcək”.

ARANTV.AZ xəbər verir ki,  bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker deyib ki, bugünkü qüdrətli Azərbaycan Ümummilli liderin Vətənə, Xalqa xidmətinin nəticəsidir: “Milli Məclisin komitələrinin Heydər Əliyevin yubileyi ilə bağlı iclasları olacaq. O cümlədən parlamentin Ümummilli liderə həsr olunmuş xüsusi iclası keçiriləcək”.

Daha çox xəbərlər