Gündəm 

Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir

Müstəqil dövlətimizin qurucusu, dahi şəxsiyyət Heydər Əliyev öz mənalı ömrünü ölkəmizin inkişafına,xalqımızın rifahına həsr etmişdir. Onun müdrikliyi, uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bugünədək saysız-hesabsız uğurlara imza atmışdır. Ulu öndər siyasətinin prioritet istiqamətlərindən biri də məhz Azərbaycan gəncliyinə göstərilən xüsusi qayğı idi. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqillik illərindən öncə, hələ ötən əsrin 70-80-ci illərində dahi Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.  1971-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, gərgin zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Bu hərbi məktəbdə azərbaycanlı gənclər təhsil almağa başladılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirənlərin müstəqillik illərində Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu vardır. Hazırda ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasi kurs bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qədirbilən soydaşlarımız dahi Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, ölkəmizin inkişafı naminə həyata keçirdiyi tədbirləri, gənclərə olan diqqət və qayğını daim xatırlayır, Ulu öndərin xatirəsini əziz tutur. Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır.Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Biz ölkə,xalq olaraq çox dəyərliyik. Və bizə bu  dəyəri bəxş edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Qürur hissi ilə qeyd edirik ki, möhtərəm Prezident! Biz xalq olaraq, Azərbaycan gəncliyi olaraq daim sizinləyik!

Xəyalə Rəcəbova,

YAP Yevlax rayon təşkilatının fəalı

Daha çox xəbərlər